301 nömrəli məktəbin direktoru vəzifəsindən azad edildi


Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar aparılıb.



Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.



Araşdırma nəticəsində fəaliyyətdə yol verilən nöqsanlara görə, MÜTDA-nın müvafiq əmri ilə direktorla bağlanmış əmək müqaviləsinə xitam verilib.



Bildirilib ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması, şəffaflıq və səmərəlilik əsas prioritetlərdəndir:




“Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.”


Qeyd edək ki, bir neçə gün öncə paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyeva barəsində “Xəzər TV”-yə müraciət etmişdilər.



Müəllimlərin iddiasına görə, direktor dərs saatlarını rüşvətlə bölüşdürür, müəllimləri təhqir və təhdid edirdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu