"SpaceX" ilk dəfə Yerin qütbləri üzərindən uçacaq gəmini buraxıb

"SpaceX" bazar ertəsi özəl olaraq maliyyələşdirilən "Fram2" missiyasının bir hissəsi olaraq özünün "Crew Dragon" kosmik gəmisini kosmosa göndərib.
Bu gəmi ilk dəfə olaraq bütün mülki heyəti qütb orbitinə aparacaq. Proses şirkətin X sosial şəbəkəsindəki hesabında yayımlanıb. Ekipaj dörd nəfərdən ibarətdir: sahibkar Çun Vanq (Malta), kinorejissor Jannike Mikkelsen (Norveç), robot texnikası üzrə mütəxəssis Rabea Roqqe (Almaniya) və peşəkar səyahətçi Erik Filips (Avstraliya). Missiya üç ilə beş gün arasında davam edəcək və bu müddət ərzində komanda kosmosda rentgen tədqiqatı, əzələ və sümük kütləsinin qorunmasını öyrənmək üçün bir sıra məşqlər və mikroqravitasiya şəraitində göbələklərin yetişdirilməsi təcrübəsi daxil olmaqla bir sıra elmi sınaqlar keçirəcək.
Kosmik gəmi orbitə uğurla daxil olub və indi planetin Şimal və Cənub qütbləri üzərində uçacaq. Uçuş 450 km-ə qədər yüksəklikdə baş tutacaq.
"SpaceX" nümayəndəsi qeyd edib ki, missiya kommersiya kosmos uçuşlarının inkişafı üçün mühüm məqamdır və gələcək kosmik turizm üçün yeni imkanlar açacaq.