"SpaceX" taxta peyk buraxıb
Yapon mütəxəssisləri tərəfindən hazırlanan və dünyanın ilk taxta peyki olan "LignoSat" "SpaceX" missiyasının bir hissəsi olaraq orbitə buraxılıb.
Kioto Universitetində hazırlanan peyk Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırılacaq və Yerdən təxminən 400 kilometr yüksəklikdə orbitə çıxarılacaq. Proseslə bağlı açıqlamada bildirilir ki, missiya bərpa olunan materialların “kosmik potensialını” nümayiş etdirəcək.
Kyoto Universitetinin tədqiqatçısı və keçmiş astronavt Takao Doi deyib: “Özümüzün istehsal edə biləcəyimiz material olan ağacla biz evlər tikə, əbədi olaraq kosmosda yaşayıb işləyə biləcəyik”. Onun komandası yaxın 50 il ərzində Ay və Marsda ağac əkməyə və taxta evlər tikməyə başlamağı da planlaşdırır.