Tramp alyansdan çıxmadan NATO-nu parçalaya bilər


ABŞ prezidenti Donald Tramp ABŞ alyansdan çıxmasa belə, NATO-nu parçalaya bilər.


AFN.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı yazır.

"Tramp NATO-dan çıxmadan alyansı faktiki olaraq parçalayacaq bir neçə yol tuta bilər" - deyə nəşr Böyük Britaniyanın Exeter Universitetinin beynəlxalq təhlükəsizlik və strategiya üzrə dosenti David Blagdendən sitat gətirib. O qeyd edib ki, qeyri-rəsmi proses daha da sadə ola bilər. Ekspert, hesab edir ki, Tramp administrasiyası bunun üçün yalnız ABŞ-ın 5-ci maddə üzrə öhdəliklərini yerinə yetirməyəcəyinə və NATO-nun etibarının səmərəli şəkildə öləcəyinə işarə vurmalıdır.

Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun beynəlxalq təhlükəsizlik üzrə direktoru Neil Melvin bildirib ki, münasibətlərin əsasını təşkil edən etimad artıq pozulmağa başlayıb: "Düşünürəm ki, söhbət alyansdan çıxmağın formal prosesindən çox deyil, ABŞ-ın bunda həqiqətən iştirak edib-etməyəcəyi ilə bağlı yaranmağa başlayan şübhələrdən gedir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu