Livanın baş naziri: İsrailin atəşə tutulması bizi yeni müharibəyə sürükləyə bilər

İsrail ərazisinin yenidən atəşə tutulması yeni, dağıdıcı müharibəyə səbəb ola bilər.
AFN.az xəbər verir ki, bunu Livanın baş naziri Navaf Salam deyib. O, Livanın cənubundan İsrailin şimalındakı Metula bölgəsinə üç raket atılmasını belə şərh edib: "Cənub sərhəddində hərbi əməliyyatların bərpası ölkəni Livan üçün fəlakət gətirəcək yeni müharibəyə sürükləmək təhlükəsi yaradır".
Salam respublikanın müdafiə naziri Mişel Menasseyə cənub sərhədində təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlərin görülməsini tapşırıb. O vurğulayıb ki, müharibə və sülhlə bağlı qərar qəbul etmək hüququ yalnız dövlətə məxsusdur.
Yəhudi dövlətinin müdafiə naziri İsrael Katz İsrail ərazisinin atəşə tutulmasında ərəb ölkəsi hökumətini günahlandırıb və cavab tədbirləri ilə hədələyib. O, İsrail ordusuna lazımi cavab verməyi tapşırdığını deyib.