ABŞ Çinlə müharibə istəmir, amma buna hazırdır - Tramp

ABŞ Çinlə müharibə etmək istəməz, lakin ABŞ ordusu belə bir münaqişə üçün yaxşı təchiz olunub.
AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Biz Çinlə potensial müharibə istəmirik, amma sizə deyə bilərəm ki, əgər bu baş versəydi, biz bunu etmək üçün çox yaxşı təchiz olunmuşuq" - deyə o, Ağ Evin Oval Ofisində Pentaqon katibi Pete Heqset ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Dünya mediasında Pentaqonun Çinlə mümkün münaqişə vəziyyətində Vaşinqtonun hərbi planları barədə Maska məlumat verməyi planlaşdırdığı haqda məlumat yayılıb. Bildirilir ki, brifinqdə ABŞ-ın Çinlə münaqişə vəziyyətində necə davranacağını göstərən 20-30-a yaxın təqdimat slaydları yer alıb. İlon Maskın hazırda Çinin yaratdığı təhlükəni, eləcə də qərar qəbul etmək üçün Trampa təqdim olunacaq Çin hədəflərini vurmaq üçün müxtəlif variantları, vaxt cədvəllərini və strategiyaları araşdırdığı da yayılna məlumatlar arasındadır.
Hesabatı şərh edən Heqset Maskın Pentaqona səfər edəcəyini təsdiqləyib, lakin gizli görüşlə bağlı məlumatı təkzib edib.