Pakistanda 450 sərnişin qatarda girov götürülüb


Pakistanda Bəlucistan Azadlıq Ordusu ekstremist qruplaşmasının silahlıları qatarda 450 sərnişini girov götürüb.


AFN.az xəbər verir ki, bunu “Frans Press” agentliyinə Bəlucistan əyalətinin dəmir yolu departamentinin yüksək vəzifəli rəsmisi Məhəmməd Kaşif deyib.

“Qatarın göyərtəsində olan 450-dən çox sərnişin yaraqlılar tərəfindən girov saxlanılır”, – deyə agentlik onun sözlərindən sitat gətirib.

"Geo TV"-nin məlumatına görə, ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb. Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında intensiv atışma olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu