Britaniya iqtisadiyyatı və qlobal iqtisadiyyat üçün risklər mövcuddur - Endryu Beyli

ABŞ prezidenti Donald Trampın ticarət siyasəti Böyük Britaniya iqtisadiyyatı üçün əhəmiyyətli risklər yaradır.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərə Mərkəzi Bankının rəhbəri Endryu Beyli Britaniya parlamentinin İqtisadiyyat komitəsinin iclasında deyib.
"Böyük Britaniya iqtisadiyyatı və qlobal iqtisadiyyat üçün risklər mövcuddur. Britaniya Vaşinqtonun gömrük rüsumlarından yayına bilər, çünki onun ABŞ-a ixracı idxalından çox deyil. Lakin qeyd etməliyəm ki, ABŞ və Aİ arasında ticarət müharibəsinin nəticələri Britaniya iqtisadiyyatına təsir etməyə bilməz. Britaniya istehlakçıları Vaşinqtonun proteksionist ticarət siyasəti nəticəsində zərər çəkəcəklər" - deyə bank rəhbəri qeyd edib.
Tramp Aİ-dən gələn mallara gömrük rüsumunun tətbiqi ilə bağlı qərarın artıq qəbul olunduğunu və tezliklə elan ediləcəyini açıqlayıb.