Rusiyadan "Twitch"ə 13 milyon rubl cərimə

Rusiyada "Twitch" ölkədə istifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün 13 milyon rubl (təxminən 145 min dollar) cərimələnib.
Paytaxt Moskvada "Twitch"ə qarşı açılan iddiaya baxılıb.
Məhkəmə "Twitch"in Rusiyada istifadəçilərin məlumatlarını lokallaşdırmayaraq qanunu pozduğuna və şirkətə 13 milyon rubl cərimə ödəməsinə qərar verib.
Qeyd edək ki, Rusiyada "Twitch"dən başqa "WhatsApp", "Spotify" və "LinkedIn" kimi müxtəlif xarici platformalar da istifadəçi məlumatlarını lokallaşdırmadıqları üçün cərimələnib.