Hikmət Hacıyev Fələstin səfirini qəbul edib

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Nasser Abdul Kərimi qəbul edib.
Bu barədə Fələstin səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
Səfir N.A. Kərim Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə cənab H. Hacıyevə öz təşəkkürünü bildirib.
Görüş zamanı həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.