Şimali Koreya strateji qanadlı raketləri sınaqdan keçirib


Şimali Koreya fevralın 26-da strateji qanadlı raketləri sınaqdan keçirdiyini açıqlayıb.



Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, lider Kim Çen In raket sınağını yerində müşahidə edib.

Strateji qanadlı raketlərin fevralın 26-da ölkənin qərbindən buraxıldığı və sınağın ölkənin təhlükəsizliyini təhdid edən düşmənlərə qarşı nüvə hücumu imkanlarını nümayiş etdirmək məqsədi ilə həyata keçirildiyi bildirilib.

Kim hərbçiləri nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb.

Raket sınaqları ilə tez-tez gündəmə gələn Şimali Koreya dənizdən quruya strateji qanadlı raketlərini sonuncu dəfə yanvarın 26-da sınaqdan keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu