Region Liqası başlayır

Region Liqasının yeni mövsümünün püşkatması və ilk oyunların tarixi bəlli olub.
AFN.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib. Püşkatma martın 4-də keçiriləcək.
Tədbir saat 14:00-da başlayacaq. Mərasim AFFA-nın inzibati binasında təşkil olunacaq.
Region Liqasında ilk oyunlar martın 8-9-da keçiriləcək.
Qeyd edək ki, Region Liqasına hər il oktyabr-noyabr aylarında start verilib.