"Citibank" səhvən müştəriyə 280 dollar əvəzinə 81 trilyon dollar köçürdü


Amerikanın Citibank (Citigroup maliyyə konqlomeratının bankı) müştərisinin hesabına səhvən 280 dollar əvəzinə 81 trilyon dollar köçürüb.


AFN.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti daxili bank sənədlərinə istinadən məlumat yayıb.

Köçürmə iki işçi tərəfindən zəncirvari şəkildə işlənib, onlar səhvi görmədiklərini bildiriblər. Əməliyyat qeydiyyata alındığının ertəsi gün təsdiqlənib, yalnız üçüncü mütəxəssis bank hesablarında balansda problem aşkar edərkən durumun fərqinə varıb. Pul göndərildikdən 90 dəqiqə sonra köçürmə ləğv edilib və bir neçə saatdan sonra vəsait geri qaytarılıb.

"Financial Times" yazır ki, pul bankdan çıxmayıb, ABŞ Federal Ehtiyat Sistemi və digər tənzimləyicilər insidentlə bağlı məlumatlandırılıb.

Qəzetin tanış olduğu hesabata görə, "Citibank" keçən il 1 milyard dollar və ya daha çox dəyərində səhv əməliyyatlarla bağlı 10 kiçik insidentlə üzləşib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu