Hindistanda qar uçqunu altında qalan 41 nəfərin xilas edilməsi üçün işlər davam etdirilir


Hindistanın Uttarxand əyalətində qar uçqunu altında qalan 57 nəfərdən 16-sı xilas edilib, digərlərinə çatmaq üçün işlər aparılır.



"Hindustan Times" xəbər verir ki, səlahiyyətlilər əyalətin şimal hissəsində, Çinin Tibet Muxtar Bölgəsi ilə sərhədinə yaxın ərazidə qar uçqunu olduğunu bildiriblər.

İlkin məlumatlara görə, 57 nəfərin uçqun altında qaldığını və onlardan 16-nın xilas edildiyini bildirilib.

Səlahiyyətlilər qar uçqunundan zərər çəkmiş əraziyə girişin olmadığına və hava şəraitinin xilasetmə işlərini çətinləşdirdiyinə diqqət çəkərək, itkin düşən 41 nəfərin tapılması üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu