Hindistanda qar uçqunu nəticəsində azı 6 turist həlak olub


Hindistanın şimal-şərqindəki Siqkim əyalətində qar uçqunu nəticəsində azı 6 turist ölüb, 80 nəfər yaralanıb.


AFN.az xəbər verir ki, bu barədə Hindistan televiziyası məlumat yayıb.

Qar uçqunu yerli vaxtla təxminən saat 12:15-də əyalətə gedən magistral yola düşüb. Hazırda xilasedicilər hadisə yerindədir. Onlar 22 nəfərin qardan çıxarılmasına nail ola biliblər.

Qar uçqunu altında qalan turistlər arasında Rusiya vətəndaşlarının olması da mümkündür. Bununla bağlı Rusiyanın Kəlküttədəki konsulluğu araşdırma aparır. Rusiyanın Kəlküttədəki baş konsulu Aleksey İdamkin TASS-a bildirib ki, hələlik rusların uçqun zamanı zərər çəkdiyi barədə məlumat yoxdur: "Ancaq vəziyyəti izləməyə davam edirik."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu