Şolz: Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr tezdir


Almaniya kansleri Olaf Şolz hesab edir ki, Avropa qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı müzakirələr tezdir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt deyib.

"Kanslerin bu məsələ ilə bağlı mövqeyi kifayət qədər aydındır: o, həmişə bu müzakirəni hazırda vaxtından əvvəl hesab etdiyini bildirib. Müxtəlif tərəflərdən nəyin məqbul olduğuna dair çox fərqli fikirlər var”, - deyə o qeyd edib. Nazirlər Kabinetinin sözçüsü bildirib ki, əvvəlcə sülh razılaşması əldə olunmalı, sonra mümkün olanlar araşdırılmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu