“BBC News Azərbaycanca”nın ofisi bağlanır

Bakıdakı “BBC News Azərbaycanca”nın ofisi bağlanır.
Bu barədə BBC-nin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, şirkət Azərbaycan XİN-dən şifahi göstəriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə qərar qəbul edib.
Qeyd edək ki, BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.