Netanyahu: Tramp administrasiyası ilə tarixi fürsət əldə etdik


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Tramp administrasiyası ilə tarixi fürsət əldə etdiklərini bildirib.



Nazirlər Kabinetinin iclasında çıxış edən Netanyahu ABŞ dövlət katibi Marko Rubionun İsrailə səfərini xatırladıb və ABŞ-ın yeni administrasiyası ilə əlaqələrin köhnə administrasiyadan qat-qat yaxşı olduğunu bildirib.

ABŞ-İsrail əməkdaşlığının əhəmiyyətinə və əllərində olan tarixi fürsətə işarə edən Netanyahu "İsrailin qurulduğu gündən bəri içində olmadığı bir vəziyyətdir. Belə bir imkan yox idi, belə bir ortaqlıq yox idi və həm təhdidləri aradan qaldıracaq, həm də əslində təsəvvür etmədiyimiz fürsətləri gətirəcək bir potensial yox idi" qeyd edib.

“Məhkumları azad etmək, HƏMAS-ı aradan qaldırmaq və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək” üçün ABŞ ilə tam koordinasiyada olduqlarını qeyd edən Netanyahu, “İsrail və xalqının gələcəyi ilə bağlı bütün böyük vədləri həyata keçirmək üçün ABŞ ilə əməkdaşlıq edirik” deyib.

Netanyahu ABŞ-la ortaq bir strategiyaya sahib olduqlarını, ABŞ prezidenti Trampın Qəzza ilə bağlı fikirlərinin onun üçün sürpriz olmadığını və bunu əvvəllər onunla müzakirə etdiklərini bildirib.

İsrail baş naziri mövzu ilə bağlı bütün təfərrüatları verə bilməyəcəyini söyləyib.

Trampın sözlərinə toxunan Netanyahu, bütün əsirlərin azad edilmədiyi təqdirdə “cəhənnəm qapılarının nə vaxt və necə açılacağı” mövzusunda ABŞ ilə ortaq bir strategiya ilə hərəkət etdiklərini də vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu