Mask "OpenAI"ni almaq üçün 97,4 milyard dollar təklif etdi
![](/uploads/posts/2025-02/mask1.jpg)
Amerikalı milyarder İlon Maskın başçılıq etdiyi bir investor qrupu "ChatGPT" süni intellekt modelinin yaradıcısı "OpenAI"ni əldə etmək üçün təxminən 97,4 milyard dollar dəyərində təklif irəli sürüb.
"The Wall Street Journal"ı Maskın vəkili Mark Toberoffun açıqlamalarına istinadən bildirib ki, Maskın başçılıq etdiyi investorlar "OpenAI"nin idarə heyətinə şirkəti satın almaq üçün təxminən 97,4 milyard dollar təklif edib.
Hesabatda Maskın "OpenAI"nin əvvəlki açıq mənbəli, təhlükəsizliyə yönəlmiş və ictimai marağa xidmət edən vəziyyətinə qayıtmasının lazım olduğunu və bunu reallaşdırılmasına çalışdıqlarını bildirdiyi qeyd edilib.
Digər tərəfdən, "OpenAI" CEO-su Sam Altman X hesabında etdiyi bir paylaşımda iddialara cavab olaraq, "Xeyr, sağ olun, amma istəyirsinizsə, biz "Twitter"i 9,74 milyard dollara ala bilərik" qeyd edib.