Kallas: Ukraynadakı münaqişənin Avropasız nizamlanması mümkün deyil


Avropanın iştirakı olmadan Ukraynanın nizamlanmasına dair razılaşma əldə oluna bilməz.


Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib. O, həmçinin qeyd edib ki, Aİ-nin Ukraynaya yardımı xeyriyyəçilik deyil.

"Bu müharibə Avropadadır, Ukraynaya aiddir, həm də Avropaya aiddir və real sülhə nail olmaq üçün Avropanın iştirakı lazımdır. Aİ-nin iştirakı olmadan heç bir razılaşma görmürəm. Bizim üçün Ukraynaya kömək etmək xeyriyyəçilik demək deyil, bununla biz öz təhlükəsizliyimizə sərmayə qoyuruq”, - deyə siyasətçi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu