Məhkəmə ABŞ vətəndaşlığının alınması ilə bağlı məhdudiyyəti bloklayıb
Merilend ştatının federal hakimi prezident Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını qeyri-müəyyən müddətə bloklayıb.
AFN.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) məlumat yayıb.
Hakim Deborah Boardman bir sıra insan haqları təşkilatlarının ABŞ prezidentinin sərəncamını ləğv etmək cəhdi ilə bağlı qaldırdığı iddia üzrə dinləmədən sonra müvəqqəti qərar qəbul edib. Hakimin qərarına görə, sərəncam ABŞ Konstitusiyasına 14-cü Düzəlişin mətninə birbaşa ziddir. Daimi qadağa bütün ölkəyə şamil edilir və iş baxılana qədər və ya yuxarı məhkəmə onu qaldırana qədər qüvvədə qalacaq.
ABŞ prezidenti Donald Tramp andiçmədən dərhal sonra ABŞ vətəndaşlığının doğuş hüququ ilə verilməsini məhdudlaşdıran sərəncam imzalayıb. “Reuters”in məlumatına görə, sənəd qeyri-qanuni mühacirlərin uşaqlarına anadangəlmə Amerika vətəndaşlığının verilməsinə məhdudiyyətləri nəzərdə tutur.
Bundan sonra 22 ştatın səlahiyyətliləri Trampın əmrinə etiraz etmək üçün ABŞ məhkəmələrinə müraciət edib. Yanvarın 23-də Seattle Times qəzeti Vaşinqton ştatının dairə məhkəməsinin prezidentin sərəncamını müvəqqəti olaraq blokladığını yazıb.