Zurabişvili Trampdan Gürcüstanı Rusiyadan qorumağı xahiş edib


Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ABŞ prezidenti Donald Trampı ölkəsini Rusiyadan qorumağa çağırıb.



Bu barədə "The Hill" nəşri məlumat yayıb.

“ABŞ Gürcüstandan oyun meydançası kimi istifadə edən Rusiyaya qarşı durmalıdır”, - "The Hill" yazıb.

Zurabişvilinin fikrincə Tramp Gürcüstandakı vəziyyətə qarışmasa, ölkə Rusiya və Çinin təsir dairəsinə düşəcək.

Nəşr Zurabişvilinin Amerika lideri ilə görüşmək istədiyini də qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu