ABŞ-da ikinci Tramp dövrü başlayır
Trampın ABŞ-dakı 2-ci prezidentlik dövrü rəsmi olaraq bu gün keçiriləcək andiçmə mərasimi ilə başlayacaq.
ABŞ-da keçən noyabr ayında keçirilən seçkiləri qazanan Donald Tramp andiçmə mərasimi ilə ikinci prezidentlik dövrünə başlayacaq.
Andiçmə mərasiminə ABŞ-ın keçmiş prezidentləri, dünya liderləri, milyarderlər və bir çox mühüm adların qatılması gözlənilir.
Mərasim Vaşinqtonda yerli vaxtla 12.00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq.