Tramp inauqurasiyadan dərhal sonra 100-ə yaxın sərəncam imzalamağı planlaşdırır
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyə başladığı ilk gündə 100-ə yaxın sərəncam imzalamaq niyyətində olduğunu bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Respublikaçılara yaxın jurnalistlər məlumat verib.
"Vəzifəyə gəldikdən sonra bir neçə saat ərzində onlarla fərman imzalayacağam, onların sayı yüzə yaxın olacaq" - deyə Tramp jurnalistlərlə söhbətində deyib.
O, əlavə edib ki, sənədlər vəzifədən gedən ABŞ prezidenti Co Baydenin bir çox qərarını ləğv etmək məqsədi daşıyacaq.
Trampın andiçmə mərasimi bu gün günorta saatlarında başlayacaq.