Avropa Rusiyaya qarşı pakt yaratmaq istəyir

Polşa və Böyük Britaniya ikincinin baş naziri Keyr Starmerin Varşavaya gözlənilən səfəri zamanı Rusiyanın nəzarət altına alınmasına dair bənd daxil olmaqla paktı imzalayacaq.
AFN.az xəbər verir ki, bu barədə “Politico” jurnalı məlumat yayıb.
Nəşr qeyd edir ki, Böyük Britaniyanın Avropa ilə əlaqələrinin daha geniş şəkildə yenidən qurulmasının əsas elementi olacaq və Fransa və Almaniya ilə son razılaşmalara əsaslanacaq sazişin razılaşdırılması üçün danışıqların bu ay başlanması gözlənilir.
Əlavə olaraq vurğulanır ki, London və Varşava artıq birgə müdafiə layihələrini fəal şəkildə həyata keçirirlər. Xüsusilə, söhbət Baltik dənizində patrul etmək üçün yeni hərbi gəmilərin çatdırılmasını nəzərdə tutan "Miecznik AH140" freqatının yaradılmasından gedir. Hava hücumundan müdafiə sisteminin tətbiqi üçün də tədbirlər görülür.
Bundan əvvəl Starmer bildirib ki, Britaniya Ukrayna üzrə sülh danışıqlarında tam rol oynayacaq. O əlavə edib ki, söhbət təkcə Ukraynanın suverenliyindən deyil, həm də Böyük Britaniyanın özünün dəyərləri, azadlığı və demokratiyasından gedir və bu məsələnin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müzakirə olunduğunu vurğulayıb.