Almaniya hökuməti Suriyaya qayıtmaq istəyən miqrantlara 1700 avro ödəyəcək
Almaniya hakimiyyəti Suriyaya qayıtmaq istəyən miqrantlara 1700 avro ödəyəcək.
Bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Məqalədə Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) vətənlərinə daimi olaraq qayıdan suriyalı miqrantları növbəti dəfə dəstəklədiyi qeyd edilib.
1700 avroluq birdəfəlik dəstəkdən əlavə, miqrantlar hökumət tərəfindən maliyyələşdirilən aviabilet və digər səyahət xərclərini ödəmək üçün BAMF-a müraciət edə bilərlər.
Həmçinin qeyd edilir ki, ilkin maddi yardımın məbləği hər ailə üçün maksimum 4000 avro ilə məhdudlaşır.