Hindistan sahillərində nəsli kəsilməkdə olan 500-dən çox dəniz tısbağası ölü tapılıb


Hindistanın cənubundakı Çennai sahillərində nəsli kəsilməkdə olan 500-dən çox dəniz tısbağası ölü tapılıb.



Bu barədə "Times of India" məlumat yayıb.

Heyvanların gözlərinin qabarıq olduğu və boyunlarının şiş olduğu qeyd edilir. İlkin məlumata görə, heyvanların əksəriyyəti boğulma nəticəsində ölüb.

Dəniz tısbağasının mühafizəsi üzrə mütəxəssis Supraja Dharini hadisəni nizamlanmamış ticarət balıq ovu və kalamar torlarının istifadəsi ilə əlaqələndirib. O, heyvanların hər 40-45 dəqiqədən bir səthə çıxması lazım olsa da, tısbağaların tez-tez bu torlara tutulduğunu və suyun altına çəkildiyini söyləyib.

Həmçinin qeyd edilir ki, bəzi tısbağalar çox güman ki, sahil zolağından uzaqda boğulub və bir neçə gün sonra çimərlikyə tərəf yuyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu