İnsan təsiri nəticəsində nəsli kəsilmiş ilk dəniz balığı: Yava stingray
Avstraliya sahillərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, Yava stingray nəsli kəsilib və insan əli ilə məhv edilən ilk dəniz balığıdır. Alimlər bildirirlər ki, bu nəsli kəsilmək təhlükəsi olan digər canlılar üçün ciddi xəbərdarlıqdır.
Keçən il Avstraliya sahillərində tədqiqat aparan alimlərin işi nəticəsində Yava stingray nəsli kəsilmiş növ elan edilib. Bu, insan əli ilə məhv edilən ilk dəniz balığı kimi qeydə alınıb. Balığın izinin tamamilə yoxa çıxdığını izah edən elm adamları bu itmənin böyük həyəcan siqnalı olduğunu vurğulayıblar.
Yava stingray haqqında məlumat olduqca məhdud olsa da, yeganə məlum nümunə 1862-ci ildə Almaniyadan olan bir zooloq tərəfindən İndoneziyadakı balıq bazarında alınmış və Berlin Təbiət Tarixi Muzeyində saxlanılmışdır.
Balığın uzunluğu cəmi 33 santimetr idi və solğun qəhvəyi rəngə çevrilmişdi. Bu növ digər stingray növlərindən fərqli bir quruluşa sahib idi və Yava bölgəsinə endemik olduğu düşünülürdü.
Tətqiqatçılar xüsusilə İndoneziyada balıq ovu ilə bağlı geniş məlumatlar əldə edib və Yava stingrayin bu sıx insan təzyiqinə tab gətirə bilmədiyini irəli sürüb.
Alimlərin fikrincə balıq ovunun bu qədər intensiv olduğu bölgədə uzun müddətdir ki, Yava stingrayə rast gəlinməməsi balıqların artıq nəslinin kəsildiyini təsdiqləyir.
Yava stingrayin nəslinin kəsilməsi digər nəsli kəsilməkdə olan növlər üçün də xəbərdarlıq rolunu oynayır.
Avstraliya və İndoneziya sahillərindəki bir çox başqa stingray və köpək balığı növləri də eyni şəkildə nəsli kəsilmək təhlükəsi altındadır. Alimlər xəbərdarlıq edir ki, dünya dənizlərində digər növlərin də diqqətdən kənarda qalması mümkündür.
Mənbə: BBC