Çində yerli düyünün dadı son 16 ildə yaxşılaşıb


Çində düyünün dadı, o cümlədən görünüşü və teksturası son 16 ildə yaxşılaşıb.



Bu barədə yanvarın 13-də "South China Morning Post" məlumat yayıb.

“Düyün dad reytinqi 2008-ci ildə yenilənmiş milli standarta əsaslanır və bu standart ümumi reytinq əldə etmək üçün məhsulu soyuq düyünün görünüşü, qoxusu, dadlılığı və teksturasına görə qiymətləndirir”, - deyə nəşr qeyd edib.

Nəşrin yazdığına görə, genetik təkmilləşdirmələr və becərmə şəraitinə nəzarət düyünün keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayıb.

Qeyd olunur ki, Çin ötən il ümumi qlobal istehsalın 28%-ni təşkil edərək dünyanın ən böyük düyü istehsalçısıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu