2024-cü il Yaponiyanın ən isti ili olub


Yaponiyada 2024-cü ildə orta temperatur indiyədək ən yüksək həddə çatıb.



Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatlarına görə, 2024-cü ildə ölkədə qeydə alınan orta temperatur müqayisəli məlumatların ilk qeydə alındığı 1898-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Müvafiq olaraq, 2024-cü ilin yanvar-dekabr dövründə orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 1,48 dərəcə yüksək olaraq qeydə alınıb.

"Uzunmüddətli perspektivdə Yaponiyada havanın temperaturu hər əsrdə 1,4 dərəcə Selsi artır", - JMA-nın bəyanatında deyilir.

İl ərzində bütün ölkə üzrə qeydə alınan ən yüksək temperatur iyulun 29-da Toçiqi əyalətində 41 dərəcə olub.

İstilər yaydan sonrakı dövrdə təsirli olmağa davam edərək, paytaxt Tokioda oktyabrın 19-da ən yüksək temperatur 30,1 dərəcə olaraq ölçülüb.

Ölkənin ən yüksək dağı olan Fuci-sanda məşhur qar örtüyünün 2024-cü ilin noyabr ayının əvvəlinə qədər görünmədiyi bildirilib.

Orta temperaturun artmasına qlobal istiləşmə və qərb küləklərinin təsirinin olduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu