Ukrayna Avropa Komissiyasını Fikonun təhdidlərinə cavab verməyə çağırıb

Slovakiya vahid Avropa enerji bazarının bir hissəsidir. Buna görə də Ukrayna Avropa Komissiyasını Slovakiyanın baş naziri Robert Fikonun elektrik enerjisinin verilişinin dayandırılması ilə bağlı şantajına cavab verməyə çağırır.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib.
Ukrayna XİN Fikoya xatırladıb ki, Slovakiyanın Ukraynaya kritik həcmdə elektrik enerjisi tədarükü xeyriyyəçilik deyil və Ukrayna onlar üçün çoxlu pul ödəyir.
"Ukrayna həmişə elektrik enerjisi istehsalı ilə özünü təmin edib, lakin indi bəzən onu idxal etməyə məcbur olur. Bunun səbəbi yalnız Rusiya cinayətləridir - Zaporojya AES-in işğalı, mülki infrastruktura, enerji sisteminə, generasiya qurğularına və paylayıcı şəbəkələrə davamlı və məqsədyönlü raket hücumlarıdır. Ukraynanın aldığı və hədiyyə olmayan elektrik enerjisinin kəsilməsi ilə bağlı mənasız hədələrlə baş nazir Robert Fiko əslində Rusiya diktatorunun tərəfini tutur”, - deyə nazirliyin açıqlamasında qeyd edilir.
Xarici İşlər Nazirliyi əlavə edir ki, Fiko və Putinin birgə işi həm də Slovakiyanın baş nazirinin Rusiyadan asılılığı saxlamaq maraqları naminə Amerika və digər enerji resurslarını Avropa bazarından sıxışdırmaq istəyinin faktiki etirafı ilə ifadə olunur.
Ukrayna öz növbəsində Avropa Komissiyasından Fikonun təhdidlərinə cavab verməsini xahiş edir.