ABŞ-da son 23 ilin ən yüksək əhali artımı qeydə alınıb

ABŞ əhalisi 2024-cü ildə 1% artıb ki, bu da son 23 ilin ən böyük artımıdır.
Bu barədə Amerika Siyahıyaalma Bürosu məlumat yayıb.
Bu il ABŞ sakinlərinin sayı 340 milyon nəfəri, yeni doğulanların sayı isə ölənlərin sayını demək olar ki, 519 min nəfər ötüb.
Əhalinin ən əhəmiyyətli artım tempi Kolumbiya dairəsində müşahidə olunub - 2,2%.
Ən böyük artım cənub ştatlarında qeydə alınıb - 1,8 milyon nəfər. Texasda əhali təxminən 563 min nəfər, Floridada isə 467 min nəfər artıb.
Bunun əksinə olaraq Missisipi, Vermont və Qərbi Virciniya ştatlarında əhalinin sayı azalıb.