Azərbaycanda doğum sayında kəskin azalma - Son 75 ilin ən aşağı göstəricisi...
AFN bildirir ki, bu haqda statistik araşdırmanı Bakı Araşdırmalar İnstitutu (BAİ) aparıb.
1990-2020-ci illərdə Azərbaycanda əhalinin tәbii artım, doğum və ölüm səviyyəsinin statistikasını araşdıran zaman BAİ-yə məlum olub ki, 1955-ci ildən sonra demoqrafik baxımdan ən pis vəziyyət 2020-ci ildə qeydə alınıb. Ötən il hər min nəfərə düşən təbii artım 5,1 nəfər olmaqla son 75 ilin ən aşağı göstəricisidir. Hər 1000 nəfərə düşən doğulanların sayı 12,7 nəfər olmaqla son 76 ilin ən aşağı, ölənlərin sayı 7,6 nəfər olmaqla son 65 ilin ən yüksək göstəricisidir.
Rəsmi statistikaya görə, 2020-ci ildə 126571 nəfər, ölənlərin sayı 75647 nəfər olub, təbii artım 50924 nəfər təşkil edib.