Qara dənizdə 19 delfin ölü tapılıb


Rusiyanın Qara dəniz sahilində Krasnodarda neft tankerinin batmasından sonra 19 delfin ölü tapılıb.



Dekabrın 15-də Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazında Rusiyaya məxsus “Volqoneft 212” neft tankerinin ikiyə bölünməsi nəticəsində baş vermiş neft sızmasının yaratdığı ekoloji fəlakətin nəticələri Rusiyanın cənubunda davam edin.

"Delfa" delfin xilasetmə mərkəzindən verilən açıqlamada, sızmanın başladığı dekabrın 15-i ilə dekabrın 23-ü arasında Krasnodarda 19 delfinin ölü tapıldığı bildirilib. Qeyd edilib ki, ölümlər neftdən yaranan kəskin zəhərlənmə nəticəsində baş verib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu