Ərdoğan: Suriya rejimi dərhal öz xalqı ilə dialoq qurmalıdır


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı Ankaranın Suriyada siyasi nizamlanmaya zəmin yaratmaq istədiyini bildirib.


Bu barədə Türkiyənin Kommunikasiya Departamentinin bəyanatında deyilir.

"Prezident Ərdoğan Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası zamanı BMT-nin baş katibi Quterreşlə telefonla danışıb. Regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Suriya münaqişəsinin yeni mərhələyə keçdiyini və Türkiyənin ən böyük arzusunun Suriyada qeyri-sabitliyin və mülki itkilərin olmaması olduğunu bildirib. O qeyd edib ki, Suriya rejimi hərtərəfli siyasi həllə nail olmaq üçün dərhal öz xalqı ilə dialoq qurmalıdır. Prezident Ərdoğan Türkiyənin gərginliyi azaltmaq, mülki insanları qorumaq və siyasi prosesə zəmin yaratmağa sadiq olduğunu bildirib” - deyə açıqlamada bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu