Kobaxidze “Milli Maydan”ın iflasa uğradığını bəyan edib
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Hər şey nəzarət altındadır, "Milli Maydan" iflasa uğrayıb və ölkənin maraqları tam şəkildə qorunacaq” deyə Kobaxidze vurğulayıb.
Onun sözlərinə görə, ölkədəki müxalifət qüvvələri biznesin köməyi ilə respublikaya zərər vurmaq üçün hərəkətə keçib. Bundan əlavə, Kobaxidze etirazçıların zorakılığının Avropa İttifaqı və ABŞ siyasətçiləri tərəfindən pislənməməsindən təəssüfləndiyini bildirib.