Gürcüstanda prezident seçkilərinin dekabrın 14-də keçirilməsi təklif edilir


Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deputatlara növbəti prezident seçkilərinin dekabrın 14-də keçirilməsini təklif edib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, təklif reallaşarsa, yeni dövlət başçısının andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.

"Mən Gürcüstanda növbəti prezident seçkilərinin 2024-cü il dekabrın 14-də keçirilməsini təklif edirəm. Buna uyğun olaraq, bizim qanunvericiliyimizə əsasən, andiçmə mərasimi 2024-cü il dekabrın 29-da baş tutacaq", - deyə Papuaşvili parlament bürosunun iclasında deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu