Sakit okeanda dünyanın ən böyük mərcanı tapılıb


Alimlər Sakit Okeanın cənub-şərqində, Solomon adalarında dünyanın ən böyük mərcanını tapıblar.



Bu meqa mərcan tək bir orqanizmi meydana gətirən çoxlu kiçik canlılardan ibarətdir və 300 ilə qədər köhnə ola bilər.

Ölçüsünə görə mavi balinanı belə ötəcək qədər böyük olan bu mərcan "National Geographic" komandasının ekspedisiyası zamanı tapılıb.

"National Geographic" gəmisinin videoqrafı Manu San Feliks mərcanı xəritələrdə batmış gəminin olduğu ərazidə suya dalarkən görüb.

"Mən onu görəndə sualtı kafedral kimi idi. Çox emosional bir təcrübə idi. Yüz illər boyu bir yerdə var olan şeyə böyük hörmət hiss etdim" deyə San Feliks bildirib.

Bu kəşf qlobal istiləşmənin təsirlərinə toxunan Birləşmiş Millətlər Təşkilatının İqlim Zirvəsi COP29-un keçirildiyi Bakıda da elan edilib.

Alimlər mərcanı suyun altında xüsusi menzura ilə ölçüblər. Aşkar edilmiş mərcan eni 34 metr, uzunluğu 32 metr və hündürlüyü 5,5 metrdir.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu