"National Geographic"in qəzet köşklərində satışı dayandırılacaq və yazarlar işdən çıxarılacaq


"National Geographic" jurnallarının qəzet köşklərində satışı dayandırılacaq və bütün yazarlar işdən çıxarılacaq.


Bu barədə iyunun 29-da Associated Press məlumat yayıb.

Şirkət rəqəmsal nəşrin buraxılmasına diqqət yetirəcək. O, qəzet köşklərində xüsusi çap nəşrlərini satmağa və jurnallara abunə təqdim etməyə davam edəcək. Hazırda jurnalın ümumi tirajı aylıq 1,8 milyon nüsxədir.

Həmçinin "National Geographic"dən bütün kadr yazarları işdən çıxarılacaq və onları frilanserlər əvəz edəcək.

Xatırladaq ki, "National Geographic" jurnalı 1888-ci ildən nəşr olunur və ilk olaraq National Geographic Society tərəfindən nəşr edilib. 2015-ci ildə nəzarət 21st Century Fox-a keçib, 2019-cu ildə isə Disney tərəfindən satın alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu