KİV: Tramp qisas alacağı adamların siyahısını hazırlayıb


Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gəldikdən sonra keçmiş rəqibləri ilə hesablaşmaq imkanı əldə edəcək.


AFN.az xəbər verir ki, bu haqda “Politico” yazıb.

Nəşrin məlumatına görə, siyasətçinin yenidən seçildikdən sonra qisas almağı planlaşdırdığı şəxslərin siyahısı var. "Seçkidə qalib gəldikdən sonra Tramp bu planları həyata keçirmək üçün “xalq mandatı və səlahiyyətinə” sahib olacaq" - deyə materialda qeyd edilir.

"Politico" vurğulayır ki, siyahıya hazırkı Amerika lideri Co Bayden, vitse-prezident və onun seçkidəki rəqibi Kamala Harris, keçmiş prezident Barak Obama və keçmiş dövlət katibi Hillari Klinton daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu