Bayden və Harris Trampa zəng edəcək


ABŞ-ın hazırkı prezidenti Co Bayden və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris tezliklə seçkidə qalib gələn respublikaçı Donald Trampa zəng edərək məğlubiyyətini etiraf etməyə hazırlaşır.


AFN.az-ın xəbərinə görə, bu barədə NBC Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Bayden və Harris Trampla bir-birindən ayrı əlaqə saxlamağı planlaşdırır.

Qeyd edək ki, 2020-ci ildə Tramp növbəti prezident seçkilərində məğlub olanda respublikaçı rəqibi demokrat Co Baydenə zəng edib təbrik etməyib.

İlkin nəticələrə görə, Tramp tələb olunan 270 seçici səsindən 277-ni alaraq qalib gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu