Türk Hava Yolları uçuşlarına əlverişsiz hava maneəsi


Türk Hava Yolları (THY) bu gün və sabaha planlaşdırılan bəzi uçuşları ləğv etdiyini açıqlayıb.



THY Mətbuat Müşavirliyi Kubanın paytaxtı Havana, Polşanın Krakov və İraqın paytaxtı Bağdad hava limanlarında əlverişsiz hava şəraiti səbəbindən bu gün keçirilməsi planlaşdırılan bəzi reyslərin ləğv edildiyini açıqlayıb.

Açıqlamada TK 183 İstanbul-Havana, TK 183 Havana-Karakas, TK 183 Karakas-İstanbul, TK 1721-1722 İstanbul-Krakov-İstanbul və TK 302-303 İstanbul-Bağdad-İstanbul reyslərinin həyata keçirilə bilməyəcəyi qeyd olunub.

Açıqlamada Krakov istiqamətində əlavə reyslərin planlaşdırıldığı, hava şəraiti uyğun olarsa TK 6900 İstanbul-Krakov və TK 6901 Krakov-İstanbul reyslərinin həyata keçiriləcəyi bildirilib.

Açıqlamada Afrika ölkəsi Mozambikdəki siyasi iğtişaşlar səbəbilə sabah həyata keçirilməsi planlaşdırılan TK 38 Yohannesburq-Maputo və TK 39 Maputo-Yohannesburq reyslərinin ləğv edildiyi bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu