ABŞ-da seçki təhlükəsizliyi üçün yüksək səviyyəli tədbirlər həyata keçirilir
ABŞ-da seçkilərin təhlükəsizliyini təmin etmək məqsədilə səsvermə məntəqələrində və səslərin hesablanması mərkəzlərində yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilib.
“Washington Post”un məlumatına görə, ölkə boyu yerli hakimiyyət orqanları prezident seçkiləri öncəsi ciddi ehtiyat tədbirləri görüb. Bu çərçivədə səsvermə məntəqələrinin və səslərin hesablanması mərkəzlərinin ətrafına təhlükəsizlik kameraları və bu mərkəzlərin damlarına snayperlər yerləşdirilib.
Ölkədə küçələrə əlavə polis qrupları göndərilib, pilotsuz uçuş aparatları ilə də yoxlamalar gücləndirilib.
Vaşinqton və Nevada ştatlarında hər hansı iğtişaş ehtimalına qarşı milli qvardiyaların hazır vəziyyətdə olduğu açıqlanıb.
Səsvermə kabinələrində "çaxnaşma düymələri" qoyularaq seçki qutularının təhlükəsizliyi daha yüksək səviyyəyə qaldırılıb.
Mənbə: AA