"McDonald's"ın qlobal satışları üçüncü rübdə azalıb


"McDonald's" 2024-cü ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.



Şirkətdən verilən açıqlamaya görə, "McDonald's" qlobal müqayisəli satışları bu ilin üçüncü rübündə 1,5 faiz azalıb. Beləliklə, şirkətin satışlarında ardıcıl ikinci rübdə azalma qeydə alınıb.

Sözügedən dövrdə restoranlar şəbəkəsinin ABŞ satışları 0,3 faiz artarkən, "Beynəlxalq Əməliyyat Bazarları" seqmenti satışları 2,1 faiz və strateji tərəfdaşlara françayzinq hüquqlarını lisenziyalaşdıran restoranların daxil olduğu "Beynəlxalq Lisenziyalı Bazarlar" seqmentinin satışları 3,5 faiz azalıb.

Balans hesabatında "Yaxın Şərqdə müharibənin davam edən təsiri və Çindəki mənfi müqayisəli satışlar Latın Amerikasında müsbət müqayisə edilə bilən satışlarla kompensasiya edilmişdir" qiymətləndirməsini ehtiva edir.

"McDonald's" Fransa və Böyük Britaniyada da satışlarının azaldığını bildirib.

"McDonald's"ın gəliri üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 6,87 milyard dollara çatıb. Şirkətin gəliri bu dövrdə bazarın 6,82 milyard dollarlıq gözləntilərini üstələyib.

Şirkətin xalis mənfəəti üçüncü rübdə 3 faiz azalaraq 2,26 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2,32 milyard dollar mənfəət əldə edib.

Şirkətin ötən ilin üçüncü rübündə 3,17 dollar olan səhm üzrə mənfəəti 2024-cü ilin eyni dövründə 3,13 dollara düşüb.

"McDonald's" Baş İcraçı Direktoru (CEO) Chris Kempczinski maliyyə nəticələri ilə bağlı verdiyi açıqlamada istehlakçıların xərclərinə diqqətli olmağa davam etdiyini söyləyib.

Keçən ilin son rübündə restoranlar şəbəkəsinin gəliri bazar gözləntilərindən aşağı olsa da, Yaxın Şərqdəki münaqişələr şirkətin satışlarına təsir göstərdiyindən, onun Yaxın Şərqdəki restoranlarının daxil olduğu bazar qrupunda satışları bu ilin birinci rübündə azalıb.

"McDonald's" qlobal müqayisəli satışları bu ilin ikinci rübündə 1 faiz azalaraq 2020-ci ildən bəri ilk dəfə azalıb.

Şirkətin qlobal satışları üçüncü rübdə 1,5 faiz ilə son 4 ilin ən böyük enişini qeyd edib.

Qeyd edək ki, "McDonald's" keçən həftə bəzi restoranlarda istehsal olunan hamburgerlərdə E.Coli bakteriyasının aşkarlanmasından sonra səhmlərində kəskin itkilər yaşayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu