Avstriyada silahlı hücum nəticəsində biri bələdiyyə sədri olmaqla iki nəfər ölüb
Avstriyanın Yuxarı Avstriya əyalətinin Kirchberg ob der Donau şəhərinin meri Franz Hofer və şəxsiyyəti hələlik məlum olmayan bir şəxs silahlı hücum nəticəsində ölüb.
Yuxarı Avstriya əyalət polisinin verdiyi açıqlamada silahlı şəxsin Kirchberg ob der Donau bələdiyyəsinə hücum etdiyi bildirilib.
Açıqlamada hücumda bələdiyyə sədri Franz Hofer və bir nəfərin öldüyü bildirilib.
Polis hücum edənin ərazidə ov edən 56 yaşlı Roland Drexler olduğunu və hücumdan sonra qaçdığını açıqlayıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılması üçün axtarışların başlanıldığı və hadisə ilə bağlı araşdırma aparıldığı qeyd edilib.
Mənbə: AA