Harris Trampın seçkilərdə erkən qələbə elanına hazırdır


ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris bildirib ki, Donald Trampın gələn ay keçiriləcək prezident seçkilərində bütün səslər hesablanmamışdan əvvəl qələbəsini elan edəcəyi durumuna hazırdır.


"NBC News"a danışan Harris seçkilərə 2 həftə qaldığına diqqət çəkərək, seçki gecəsi və ondan sonrakı günlərdə baş verənlərlə məşğul olacaqlarını bildirib.

O, sərt şəkildə tənqid edərək, onu 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etməyə çalışmaqda və 2021-ci il yanvarın 6-da ABŞ Kapitolisində zorakılığı qızışdırmaqda ittiham edib.

"Tramp hələ də xalqın iradəsini inkar edən və şiddətli kütləni ABŞ Kapitoliyasına hücum etməyə təşviq edən bir şəxsdir. 140 hüquq-mühafizə orqanına hücum edilib, bəziləri öldürülüb. Bu ciddi faktdır" - deyə xanım namizəd qeyd edib.

Amerika xalqının 2 həftə ərzində ölkənin gələcəyi üçün çox əhəmiyyətli bir qərar verəcəyini ifadə edən Harris, "Bu qərar ABŞ Konstitusiyasını qorumaq vəzifəsinə hörmət edən bir prezidenti dəyərləndirən ölkə olub-olmamağımızı ehtiva edir" - deyə əlavə edib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu