Harris: İran Yaxın Şərqdə sabitliyi pozan və təhlükəli qüvvədir


ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İranın İsrailə hücumları ilə bağlı "İran Yaxın Şərqdə sabitliyi pozan və təhlükəli qüvvədir. Bugünkü İsrailə hücum bunu sübut edir" açıqlamasını verib.



ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Ağ Evdə mətbuat mənsubları ilə Yaxın Şərqdəki son vəziyyəti dəyərləndirib.

İsrailin özünü müdafiə etmək hüququnu vurğulayan Harris qeyd edib ki, onlar hər zaman Təl-Əvivin özünü ən yaxşı şəkildə müdafiə edə bildiyinə əmin olmaq istəyirlər.

"İsrailin təhlükəsizliyinə sadiqliyim sarsılmazdır. Biz heç vaxt ABŞ qüvvələrini və maraqlarını İrana və İranın dəstəklədiyi terrorçulara qarşı müdafiə etmək üçün lazım olan addımları atmaqdan çəkinməyəcəyik", - deyə Harris bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu