Quttereş İsraili yenidən qınayıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsraili hücumlar nəticəsində itkilərin artmasına görə qınayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, BMT sözçünün müavini Farhan Haq gündəlik mətbuat konfransında Quttereşin fikirlərini çatdırıb.

İsrailin Beyt Lahiyaya hücumu nəticəsində aralarında qadın və uşaqların da olduğu onlarla insanın öldüyünə diqqət çəkən Haq bildirib ki, baş katib Qəzzada artan can itkisini birmənalı şəkildə pisləyir. O, qeyd edib ki, baş katib Qəzzanın şimalında vəziyyətin pisləşməsi və kütləvi köçkünlükdən dərin narahatdır.

Quttereşin mülki şəxslərin hər zaman qorunmalı olduğunu vurğuladığını deyən Haq, humanitar yardım və axtarış-xilasetmə qruplarına çıxışın təmin edilməsi lazım olduğunu bildirib. Qeyd edib ki, Quterreş İsrailin xəstəxanalara hücumlarının onsuz da çox pis olan humanitar böhranı daha da dərinləşdirdiyi fikrindədir: "Cənab Quttereş bildirir ki, xəstəxanalar heç bir halda hədəf olmamalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu