Ana arıların qəribə davranışı alimləri təəccübləndirib


Ana arılar xüsusilə pestisidlərlə dolu torpaqda qış yuxusuna getməyi üstün tuturlar. Elm adamları bu davranışın arxasında nəyin dayandığını hələ dəqiq bilmirlər.


Təxminən 250 növü olan arıların kraliçaları yazda koloniya yaratmağa başlayır və yay boyu bu koloniyanı genişləndirirlər. Koloniyadakı arılar payızda öldükdən sonra yeni ana arılar adətən yerin altında qışlayır və yazın gəlməsini gözləyirlər.

Qış yuxusu prosesi haqqında daha çox öyrənmək istəyən tədqiqatçılar Bombus impatiens növünün arıları ilə araşdırma aparıblar. Bu araşdırmada ana arılar açıq sahəyə buraxılıb və cütləşdikdən sonra harada qış yuxusuna yatacaqlarını seçmək imkanı verilib.

Tərkibində müxtəlif səviyyələrdə 5 müxtəlif insektisid və funqisid (fuqisid) olan və heç bir kimyəvi maddə olmayan torpaqlar arılara təqdim edilib. Arıların çox çirklənmiş torpağa üstünlük verməsi alimləri təəccübləndirib. “Science of the Total Environment” jurnalında dərc edilən araşdırmaya görə, onlar pestisidlər və ya funqisidlər olan torpaqları seçmək ehtimalı iki dəfə çox olub.

Kanadanın Ottava Universitetinin mütəxəssisi Sabrina Rondeau araşdırma nəticələrinin olduqca təəccüblü olduğunudeyib: "Bu nəticəni gözləmirdik. Kraliçaların niyə çirklənmiş torpağa üstünlük verdikləri barədə hələ dəqiq məlumatlara sahib deyilik, lakin bunun mümkün bir üstünlük olduğunu düşünürük".

Tədqiqatçıların fikrincə, funqisidlər torpaqdakı göbələkləri öldürərək onu arılar üçün daha cəlbedici edir. Nəzərdə tutulan başqa bir fərziyyə, ana arıların daha əvvəl məruz qaldıqları kimyəvi maddələrə alışmış ola biləcəyidir. Ancaq bu kimyəvi maddələrin ana arılara təsiri hələ tam olaraq bilinmir.

Kaliforniya Universitetində arıları araşdıran bioloq S.Hollis Vudard bu araşdırmanın nəticələrinin qorxulu olduğunu bildirib. Vudard arıların ciddi risklərlə üzləşə biləcəyini söyləsə də, araşdırma pestisidlərin istifadəsində bu tapıntıların nəzərə alınması lazım olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu