ABŞ-da təyyarənin qanadına arı sürüsü yığıldığına görə uçuş 4 saat gecikib
ABŞ-da təyyarənin qanadında arı sürüsü yığıldıqdan sonra uçuş dörd saat gecikib.
AFN.az xəbər verir ki, Hyuston-Atlanta reysi ilə uçan təyyarədə olan sərnişinlərdən biri sosial şəbəkələrdə laynerin qanadının üzərində arı sürüsü toplanmış şəklini paylaşıb.
O qeyd edib ki, “Hyustondan uçuşum ləngiyir, çünki arılar qanadlardan birinə yığılıb. Arıları çıxarana qədər bizi gəmiyə buraxmayacaqlar ".